Zahid Oruc: "Yetər ki, Rusiya bitərəf olsun" AÇIQLAMA

15 Aprel 2016 12:36 (UTC+04:00)

Millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında ermənilərə çağırış edib. SİA-nın məlumatına görə, o, Dağlıq Qarabağdakı ermənilərə səslənərək bildirib ki, onların təhlükəsizliyinin təmantıçısı yalnız Azətrbaycan dövləti ola bilər: "Siz yetər ki, Azərbaycan Konstitusiyasına riayət edib, burada yaşamağı qəbul edin, əlinizdəki silahı Serj Sərkisyana çevirin".

Deputat deyib ki, bu gün ermənilər Rusiyanın son hadisələrdə balanslı və bitərəf mövqe tutumasından qəzəblənib və bu mövqeyə hiddətləniblər: "Bu gün Rusiya bitərəf olsun və məsələyə müdaxilə etməsin, bu, bizə yetərlidir. Biz öz problemimizi həll edərik".