"VAZ” dairəyə çırpıldı sürücü öldü

15 Aprel 2016 09:27 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı minik avtomobilinin dairəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Vüsal Aslan oğlu Cəbrayılzadənin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.