31 yaşlı qadın bıçaqlandı

14 Aprel 2016 22:19 (UTC+04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, bu gün saat 17 radələrində Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yaralı qadın gətirilib.

Üzünün və boynunun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan 31 yaşlı Mətanət İbrahimova əməliyyat olunub. İki bıçaq yarası alan qadının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Polis onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.