Ukraynanın yeni baş naziri kimdir?

14 Aprel 2016 19:15 (UTC+04:00)

Pedro Poroşenko bloku və Xalq Cəbhəsinin ortaq namizədi Vladimir Qroysman Ukrayna parlamentində keçirilən səsvermədə 257 millət vəkilinin səsini alaraq baş nazir olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Arseniy Yatsenyukun keçən həftə sonu Baş nazirlikdən istefa etməsindən sonra başlayan hökumətqurma işləri çərçivəsində Pedro Poroşenko bloku və Xalq Cəbhəsi koalisiyası yaradılıb.

Pedro Poroşenko Baş Assambleyadakı çıxışında Qroysmanı "yeni nəsil siyasətçi" olaraq xarakterizə edərək "Vladimir Groysman müstəqil Ukrayna tarixinin ən gənc baş naziri olacaq" deyib.

Qeyd edək ki, Vladimir Qroysman, 20 yanvar 1978-ci ildə Ukraynanın Vinnitsiya şəhərində doğulub. Hüquq və cəmiyyət rəhbərliyi təhsili alan Qroysman 24 yaşındaykən Vinnitsiya şəhər məclisinin ən gənc üzvü olub. Qroysman 2006 və 2010-ci illərdə Vinnitsiya bələdiyyə başçısı olaraq seçilib. Qroysman, 24 iyul 2014-cü ildə Arseniy Yatsenyukun Baş nazirlikdən istefa etməsindən sonra qısa bir müddət üçün müvəqqəti baş nazirlik vəzifəsini icra edib.