Cəbhəyanı kəndlərdə növbəti əməliyyat SƏS TV

14 Aprel 2016 15:40 (UTC+04:00)

Cəbhəyanı kəndlər minadan təmizlənir. Hazırda Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi təlimatlı mobil çevik əməliyyat qrupları Füzuli, Ağdam, Goranboy və Tərtər rayonları ərazisində partlamamış silah-sursatların təmizlənməsi işlərini həyata keçirir. Təmizləmə cəbhəboyu ərazilərdə yerləşən 29 kəndin ərazisində aparılır.

Bölgədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cəbhə kəndlərində daha çox Tərtər rayonunun Qapanlı kəndi ermənilər tərəfindən atılan hərbi silah-sursatların çirklənməsinə məruz qalıb.