Röya məktəblilərlə görüşdü FOTO

14 Aprel 2016 09:53 (UTC+04:00)

Bu il mayın 5-dən 21-ə qədər Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının səfiri, əməkdar artist Röya Ayxan məktəblilərlə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, müğənni bu gün 55 və 202 saylı orta məktəblərin şagirdləri ilə görüşüb, onlara UEFA U-17 Avropa çempionatı haqda məlumat çatdırıb. Sonda məktəblilərlə xeyli sayda şəkillər çəkdirən ifaçı onlara imzalı top hədiyyə edib.