Lənkəran teatrı Bakıda çıxış edəcək

14 Aprel 2016 09:52 (UTC+04:00)

Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda iki tamaşa ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, kollektiv mayın 4-də və 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun "Ruhlar" və iranlı yazar Bəhram Beyzayinin "İlan Sultan" tamaşalarını nümayiş etdirəcək.

Qeyd edək ki, hər iki tamaşa Şəkidə və İranın Tehran şəhərində keçirilmiş Beynəlxalq Teatr festivallarında mükafatlara layiq görülüb.