2 kəndin qaz problemi həll olundu

14 Aprel 2016 09:42 (UTC+04:00)

Ötən gün Oğuz rayonunun Qarabulaq kəndinə ilk dəfə təbii qaz verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 164 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12717 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.