Neft ucuzlaşmaqda davam edir

14 Aprel 2016 09:34 (UTC+04:00)

Dünya bazarında neftin qiymətində ucuzlaşmaq davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,49 dollar azalaraq 41,27 dollar təşkil edib. Londonun İCE qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,48 dollar azalaraq 43,70 dollar olub.