Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ

14 Aprel 2016 09:30 (UTC+04:00)

Dünya bazarında qızılın qiyməti kəskin şəkilə ucuzlaşmaq da davam edir. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 13,30 dollar ucuzlaşaraq 1 235,00 dollara, gümüş isə 0,23 dollar azalaraq 16,10 dollara satılıb.

Amerika və Avropa fond indekslərini isə bahalaşmaqda davam edir. Belə ki Amerika fond bazarında Dow Jones indeksi 1,06% - 17 908,28 bəndədək, S&P 500 1,00% - 2 082,42 bəndədək, NASDAQ 1,55% - 4 947,42 bəndədək artıb. Avropa fond bazarlarında isə FTSE 100 indeksi 1,93% - 6 362,89 bəndədək, Almaniya DAX-ı 2,71% - 10 026,10 bəndədək, Fransa CAC-40-ı 3,332% - 4 490,31 bəndədək bahalaşıb.