Rusiya ABŞ-a müharibə elan edir

14 Aprel 2016 03:19 (UTC+04:00)

ABŞ-ın Müdafiə Nazirliyi Rusiyaya məxsus döyüş təyyarələrinin Baltik dənizində Amerikanın "USS Donald Cook" qırıcısı üzərindən yaxın məsafədə təhlükəli uçuşlar həyata keçirdiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli səlahiyyətlisi məlumat verib.

O bildirib ki, Rusiyaya məxsus "SU-24" tipli döyüş təyyarələri Polşanın Qdinia şəhərinə gedən "USS Donald Cook" adlı Amerika qırıcısının üzərindən iki gün ərzində ardı-arası kəsilməyən təhlükəli manevrlar həyata keçiriblər.

Təyyarələrin qırıcının üzərindən 30 metr məsafədə 20 dəfə uçuş həyata keçirdiyini vurğulayan amerikalı rəsmi qeyd edib ki, bu Rusiyanın Amerikaya qarşıhəyata keçirdiyi ən aqresiv davranışdır.