Krım Tatar Milli Məclisinin fəaliyyəti dayandırıldı

14 Aprel 2016 02:51 (UTC+04:00)

Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Poklonskaya Krım Tatar Milli Məclisinin fəaliyyətinin dayandırılmasına qərar verib. SİA xəbər verir ki, bundan əvvəl Poklonskaya Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan edilməsi və ya ciddi şəkildə nəzarətə alınması haqqında məhkəməyə müraciət edib.

Poklonskaya məhkəmə qərarının açıqlanacağı günə qədər məclisin fəaliyyətinin dayandırılmasına qərar verdiyini açıqlayıb.