Azərbaycanda qızıl hasilatı azalıb

13 Aprel 2016 21:46 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında "Anglo-Asian Mining" şirkəti Azərbaycanda "Gədəbəy" yatağında 13 383 unsiya qızıl (Azərbaycan hökumətinin payı da daxil olmaqla) istehsal edib. SİA şirkətin saytına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azalma deməkdir.

Şirkətin hesabatına əsasən, bu müddətdə gümüş istehsalında isə artım müşahidə olunub. Hasilat illik müqayisədə 3,3 dəfə artaraq cari ilin I rübündə 1 958 unsiya təşkil edib.