"RPK münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazırdır”

13 Aprel 2016 17:33 (UTC+04:00)

Rus Pravoslav Kilsəsi (RPK)Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır. SİA-nın xəbərinə görə, bunu Rus Pravoslav Kilsəsinin mətbuat xidmətinin rəhbəri, kahin Aleksandr Volkov bəyan edib.

Onun sözlərinə görə, Rusiya patriarxlarının Azərbaycanın və Ermənistanın dini liderlərinə etdiyi müraciət bununsübutudur.

"Rus Pravoslav Kilsəsi proseslərin sülh şəklində həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək"- deyə, kahin qeyd edib.