Prezident İlham Əliyev Türkiyəyə gedib

13 Aprel 2016 15:41 (UTC+04:00)

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gediblər. SİA-nın məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.