"Mənim kitabımda qaçmaq, fərarilik yoxdur!". Bu fikirləri hələ ötən ilin sentyabrında fərarilikdə ittiham olunan Əli Kərimli bağırmışdı. Ümimiyyətlə, zaman-zaman onun bu kimi bağırtıları əslində insanları da bezdirib. Adama sual edərlər ki, səni fərarilikdə ittiham edirlər, sən də əlbəttə ki, özünü təmizə çıxarmaqdan ötrü birtəhər yalanlı cavabını vermirsən. İnanan inanır, inanmayan da inanmır. Bəs onda niyə durduğun yerdə yenidən bu barədə fikirlər səsləndirir deyirsən ki, mən fərari olmamışam. Üstəlik, SSRİ dövründəki bircə şəklini ortaya atıb bununla fəxr edirsən. Bəs hansı sənin Milli Ordudakı hərbçi şəklin?
Əli Kərimli indiki gənəcliyin, müasir təbəqənin gözünə kül üfürərkən unutmamalıdır ki, 90-cı illərin hadisələrini yaşayan və ona şahidlik edən nəsil hələ də yaşayır! Əli Kərimli də "mənim kitabımda fərarilik yoxdur" deyərkən, yəqin ki, unutmamalıdır. Yəqin ki, çoxlarının (böyük əksəriyyətin) yaxşı xatirindədir, Surət Hüseynovun 1993-cü ilin iyununda mərkəzi hakimiyyətə qarşı qaldırdlığı qiyamdan, mərhum Əbülfəz Elçibəyin Bakını tərk edib Kələkiyə sığınmasından və ölkə prezidentinin səlahiyyətlərinin Heydər Əliyevə keçməsindən sonra o zaman AXC iqtidarında olanların bir qismi ya vəzifələrini dondurdular (?), ya istefaya getdilər, ya da ki, ümumiyyətlə ölkə sərhədlərindən kənara qaçdılar.
Onu da etiraf edək ki, heç yerə getməyib siyasi fəaliyyətini davam etdirənlər, hətta, müvəqqəti həbs, məhkəmə həyatı yaşayanlar da oldu. Ancaq həmin hakimiyyətdə - AXC iqtidarında "mənəm-mənəm" deyib qürrələnən Əli Kərimli və onun az qala mason tipli "Yurd" birliyinin üzvləri səssiz-səmirsiz "qeybə" çəkildildilər. Hətta bir müddət Əli Kərimli necə gizli fərarilik etmişdisə, uindi də onun sirri çözülməmiş qalır. Beləlkilə, düz iol yarım bu adamdan səs-səmir gəlmədi. 1993-cü ilin iyunundan 1994-cü ilin payızına kimi...
Beləlkilə, Əli Kərimli 94-cü ilin məlum payız günlərində heç nə olmamış kimi siyasi arenaya döndü və ya o zaman hakimiyyətdə olan bəzi maraqlı qüvvələrin (sonradan həmin qüvvələrin hamısı aşkarlanaraq etdikləri əməllərə, xəyanətlərə görə siyasi hakimiyyətdən uzaqlaşdırıldılar və müvafiq cəzalarını da aldılar) əli ilə siyasətə döndürüldü. Bu olayların üzərindən 20 ildən çox zaman keçməsinə baxmayaraq hələ də Kərimli deyilən fərari 1993-cü ilin yayında müəmmalı şəkildə "qeybə" çəkilməsinin və bir ildən sonra yenidən aktiv siyasətə dönməsinə, döndürülməsinə əməli-başlı aydınlıq gətirməyib və ya gətirmək istəmiyib. Çünki bu ona heç cür sərfəli deyil və olmazdı. Əvəzində isə yenə də heç nə olmamış kimi özünü hamıdan daha ağıllı, daha mübariz hesab edərək, özü haqqında əzabkeş obrazı formalaşdırmağa çalışıraq vaxtilə siyasi meydanda tək qoyduğu insanların, cəbhədaşlarının gözünün ortasına "mənim kitabımda qaçmaq, fərarilik yoxdur" kimi yalan-palan ifadələr səsləndirir. Camaatın başını şəkillə-filanla aldadır. Amma nə vaxta qədər?
P.S. Burada YAP rəsmisi Siyavuş Novruzovun bir bəyanatını xatırlatmaq yerinə düşər. O, bildirir ki, Əli Kərimli haqqında bütün faktlar var və ortaya çıxarılacaq. Görəsən, onda nə bağıracaq?