Musa Qasımlı: “Səfər dövlətimizin nüfuzunu artıracaq” AÇIQLAMA

13 Aprel 2016 13:28 (UTC+04:00)

"Cənab Prezidentimiz İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirləcək 13-cü zirvə toplantısında iştirak etməsinin, söyləyəcəyi nitqin, keçirəcəyi ikitərəfli görüşlərin ölkəmizin maraqları baxımından böyük əhəmiyyəti olacaq". Bunu SİA-ya professor, millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu səfər dövlətimizin nüfuzunu artıracaq və beynəlxalq mövqelərini möhkəmləndirəcək: "Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrini aradan qaldırmağa yönəldilən hər hansı sənədin qəbul edilməsi irəliyə doğru atılan bir addım olacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev 14-15 aprel tarixlərində Türkiyəyə səfər edəcək. Prezident orada İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək. Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.