Zidanın stadionda şalvarı cırıldı VİDEO

13 Aprel 2016 12:45 (UTC+04:00)

Ötən gün keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsində "Volfsburq" və "Real" Madrid komandalarının Madriddə baş tutan qarşılaşmasında Kral klubunun baş məşqçisi Zinəddin Zidan arzuolunmaz halla üzləşib.

Belə ki, oyunun gedişində Kərim Benzemanın zərbəsindən sonra top qapı dirəyinə dəyib və qapıya daxil olmayıb.

Bundan əsəbiləşən Zidan çılğın hərəkətlər edib. Bu zaman onun şalvarı yırtılıb. Həmin anlar kameralardan yayınmayıb.

SİA sözügedən videonu təqdim edir: