Əlil arabasına məhkum olan ifaçı: "Vəziyyətim günü-gündən pisləşir"

13 Aprel 2016 12:01 (UTC+04:00)

Həkimlərin yalnış müayinəsindən sonra 3 dəfə boş yerə əməliyyat olunan müğənni Zerrin Özerdən bəd xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əlil arabasına məhkum olan ifaçının səhhəti yenidən pisləşib. Çəkilişlərin birindən çıxarkən jurnalistlərin fotokamerlarına tuş gələn ifaçı özünü pis hiss etdiyini deyib: "Vəziyyətim günü-gündən pisləşir. Ayaqlarım şişməyə başlayıb. Aylardır ki, rahat yata bilmirəm. Kefim də yoxdur. Artıq yaşamağa gücüm qalmayıb. Allah heç kimə dərd verməsin".