Məşhur prodüser ölü tapılıb FOTOLAR

13 Aprel 2016 11:40 (UTC+04:00)

Müğənni Layza Minellinin keçmiş həyat yoldaşı, amerikalı prodüser Devid Qest London mehmanxanalarından birində ölü tapılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aparılan tibbi ekspertizadan sonra paytaxt polisi bildirib ki, 62 yaşlı məşhurun meyitində heç bir zorakılıq və ya başqa şübhəli məqam aşkar olunmayıb.

Qeyd edək ki, Devid Qest ilə Layza Minelli 2002-ci ildə ailə həyatı qurub. Bu evlilik onun məşhurlaşmasına səbəb olub.

Kubra Bayramova