Direktor işdən azad olunub

13 Aprel 2016 10:33 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində kadr islahatı aparılıb. İdarədən SİA-ya verilən xəbərə görə, müəssisənin şəbəkəsinə daxil olan Məlumat Reklam Müəssisəsinin direktoru Vəliyev Seymur Namazəli oğlu işdə buraxdığı nöqsanlara görə, İdarənin müvafiq əmri ilə, tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, İdarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri davam edir.

Kubra Bayramova