Rza Zərrabın təyyarəsində bu məşhur da olub FOTO

13 Aprel 2016 10:32 (UTC+04:00)

Martın 19-da Mayami səfəri zamanı həbs olunan cənubi azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın təyyarəsində daha bir dünya ulduzunun olduğu üzə çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkədə reklam müqaviləsi imzalamaqdan qayıdan tanınmış model Adriana Lima da həmin reyslə uçurmuş. Özü də, Adriana Rza ilə Ebrudan sonrakı oturacaqda əyləşibmiş. Təyyarədə isə Adriana Lima ilə birlikdə ümumilikdə 7 nəfər olub. Onlar Rza Zərrab, Ebru Gündeş, qızları və iki dayə, iki cangüdən olublar.

Qeyd edək ki, Rza Zərrab Amerikada hava limanına çatar-çatmaz polis tərəfindən tutulub.