"QAZ" markalı yük maşını yanıb

12 Aprel 2016 23:44 (UTC+04:00)

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilində baş verib.

Nəticədə avtomobilin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.