Klubumuz Hollandiyaya 5:1 hesabı ilə qalib gəlib

12 Aprel 2016 22:46 (UTC+04:00)

Aprelin 12-də futzal üzrə Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində doğma meydanda Hollandiya ilə qarşılaşıb. SİA xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunu avstriyalı Cerald Baurnfeind idarə edib.

İkinci və üçüncü hakim funksiyasını ukraynalı Oleq İvanov və israilli Moşe Bohbot yerinə yetiriblər.

Tino Peresin komandasında meydana Hüseynli (qapıçı), Eduardo, Augusto, Amadeu, Rafael çıxıblar.

Rəqib Hollandiyadan isə start heyətdə van Maasbommel (qapıçı), El Qannouti, Ceyar, El Morabiti, Darri yer alıblar.

Səfərdə 5:1 hesabı ilə qələbə qazanan futzalçılarımızın Kolumbiyada keçiriləcək çempionata vəsiqə qazanmaq şansı çox yüksəkdir.