"Cücələrim" mahnısının müəllifi Qəmbər Hüseynlinin yubileyi keçiriləcək

12 Aprel 2016 22:30 (UTC+04:00)

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Beynəlxalq Muğam Mərkəzindən SİA-ya verilən məlumata görə, yubiley tədbiri aprelin 19-da təşkil ediləcək.

Tədbirdə mərhum bəstəkarın mahnıları tanınmış müğınnilərin ifasında səsləndiriləcək.

Konsertdə həmçinin xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə Gəncənin "Göy-göy" Mahnı və Rəqs Ansamblı çıxış edəcək.

Qeyd edək ki, bəstəkar dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.