Bir neçə qəsəbədə qaz məhdudiyyəti olacaq

12 Aprel 2016 21:51 (UTC+04:00)

Aprelin 13-də Bakının qəsəbələrində və bir necə rayonda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orta təzyiqli qaz kəməri üzərində yeni quraşdırılmış RDUK tipli qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə aprelin 13-də saat 09.00-dan işlər yekunlaşanadək Bakının Suraxanı rayonunun Yeni Suraxanı və Ramanı qəsəbəsində, Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Şüvəlan, Mərdəkan qəsəbələrində və Xaşa-Xuna bağ massivində, Abşeron rayonunun Müşviqabad və Pirəkeşkül qəsəbələrində, Quba rayon mərkəzi və Qırmızı qəsəbəsində, Goranboy rayonunun, həmçinin Mingəçevir şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.