Fransa Suriyada baş verənlərdən narahatdır

12 Aprel 2016 19:27 (UTC+04:00)

Fransanın Xarici İşlər Nazirliyi sözçüsü Romain Nadal Əsəd rejimi qüvvələrinin Suriyanın Hələb və Şərqi Qutada həyata keçirdiyi hərbi əməliyyatların atəşkəs və sülh danışıqlarını təhlükə altında qoyduğunu açıqlayıb. SİA xəbər verir ki, Nadal mətbuat konfransı zamanı çıxış edərək Fransanın Suriyada hər gün təkrarlanan bu hərbi əməliyyatlardan narahat olduğunu bildirib.

O vurğulayıb ki, bu səbəbdən Əsəd rejimi və onun dəstəkçiləri sülh danışıqlarının uğursuz olmasında məsul olacaq və bu da yeni humanitar böhran yaradacaq.