Erməni politoloqu: "Azərbaycanın hərbi əməliyyatları davam etməsinə mane olacaq səbəblər azdır"

12 Aprel 2016 14:44 (UTC+04:00)

Dağlıq Qarabağda aparılan 4 günlük müharibənin ilk qurbanı atəşkəs və diplomatik proseslər oldu. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan deyib.

O bildirib ki, hazırda atəşkəsin elan olunması barışıq demək deyil. Onun sözlərinə görə, cəbhədə baş verən son hadisələr 5 istiqaməti üzə çıxarmış oldu: "Azərbaycanın hərbi əməliyyatları davam etməsinə mane olacaq səbəblər azdır. Azərbaycanın strategiyası torpaqları geri almaq, alınan ərazilərdə möhkəmlənməkdən ibarətdir".

Politoloq Ermənistanın daxilində baş verən hadisələrə də toxunub. O deyib ki, Ermənistanda korrupsiya və demokratiya çatışmazlığı çox böyük problemlərə yol açır.