Gənc müğənnidən iddialı sözlər FOTOLAR

12 Aprel 2016 12:49 (UTC+04:00)

Türkiyəli müğənni Simge yaradıcılığı haqqında maraqlı açıqlamalar verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni bir zamanlar vokalçısı olduğu məşhur müğənnilərdən də söz açıb: "Şou-biznes camisində məncə tanınan ifaçıyam. Hətta Gülşen, Hande Yener, Bengü və Demet Akalın kimi tanınmış simalarla adım birgə çəkilə bilər. Çünki səsim buna imkan verir ki, həmin məşhurların siyahısında olum. Amma hələ üzərimdə çox çalışmalıyam".

İfaçı 30 yaşından sonra bir çox məsələləri dərk etdiyini də söyləyib: " 30 yaşıma çatandan sonra anladım ki, yaradıcılığımda yeniliklər etməliyəm. Belə ki, yeni albom çıxarmalıyam".