“Azəriqaz” abonentlərinin sayını AÇIQLADI

12 Aprel 2016 12:00 (UTC+04:00)

2016-cı ilin mart ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 17040 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3286-sı Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 13754-ü isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 887 877-ə çatıb.

Onu da qeyd edək ki, 01 aprel 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129029 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.