Ermənistan hakimiyyəti Qarabağa polis göndərdi SON DƏQİQƏ

12 Aprel 2016 11:51 (UTC+04:00)

Ermənistanın xüsusi təyinatlı polisləri ermənilərin kütləvi şəkildə Qarabağdan çıxmalarının qarşısını almaq üçün hazır vəziyyətə gətirilərək, həmin bölgəyə göndərilib. SİA xəbər verir ki, bu barədə ermənilərin "Çorrord İşxanyutun" nəşri yazır. Məlumata görə, Qarabağda olan çoxsaylı jurnalistlər müşahidə edirlər ki, Xankəndi və s. bölgələrdə xüsusi təyinatlı polis geyimində olan şəxslər və onları müşahidə edən maşınlar nəzərə çarpmağa başlayıb. Onların kolonla Ermənistandan gəldiyi məlum olub.

Nəşrin qeyd etdiyinə görə, onlar eyni zamanda "dqr" rəhbərliyinin göstərişlərinə uyğun olaraq, Sərsəng su anbarını da mühafizə edəcəklər. Bununla bağlı "dqr" polisinin rəsmi saytında da xəbər verilib.

Xatırladaq ki, bu ərəfədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik təşkilatın Cenevrədə bazalaşmış qaçqınların işi üzrə ali komitənin məlumatına əsasən deyib ki, Dağlıq Qarabağda bir neçə gün öncə baş vermiş hərbi əməliyyatlar nəticəsində orada məskunlaşmış insanlar yaşadıqları evləri tərk edirlər.