Barak Obamadan gözləniləməz ETİRAF

12 Aprel 2016 10:48 (UTC+04:00)

ABŞ Prezidenti Barak Obama prezidentlik dövründə etdiyi ən böyük səhvi etiraf edib. "Fox News" a müsahibə verən Obama Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən sonrakı dönəm üçün hazırlıqsız olmağı prezidentlik dövürünün səhvi olduğunu bildirib. ABŞ prezidenti buna baxmayaraq Liviyaya müdaxilənin doğru bir addım olduğunu ifadə edib. Obama prezidentlik dövrünün ən xoşbəxt gününün isə "Obamacare"adlı tibbi sığortanın qüvvəyə mindiyi günü göstərib. Prezident Ağ Evdəki ən pis günü olaraq 2012-ci ildə Sandy Hook məktəbinə edilən silahlı basqının yaşandığı günü qeyd edib.