Rusiyanın "Krasnoye Sormovo" gəmiqayırma zavodu və Azərbaycanın "Caspian Marine Services Limited" şirkəti "RST27" layihəli iki tankerin inşası və tədarükü üzrə müqavilə imzalayıb. SİA zavodun saytına istinadən xəbər verir, tankerlər müqaviləyə uyğun olaraq 2016-2017-ci illər ərzində sifarişçiyə təhvil veriləcək.