"Zəfər" ŞEİR

11 Aprel 2016 17:28 (UTC+04:00)

Ordumuz "hay"ların burnunun əzdi,

Oldu şücaəti dillərdə əzbər.

Xeyirxah çöhrədə təbəssüm gəzdi,

Xıltlı ürəkləri şaşırdı xəbər.

Keçdi əlimizə mühüm zirvələr,

Erməni ordusu aldı zərbələr,

Zəncir çeynəməkdə hami zorbalar,

Çoxunun belini əydi bu zəfər.

Bəs etdi orduma ikicə gecə,

İşğalçı inansın bizdəki gücə,

Barmaq silkələdi Aqramunt Serjə,

"Yaxşıdır" söylədi cilovlansa şər.

Hamilər yığını şok içində tam,

İstərlər çəkələr bu işə əncam,

Ali Baş Komandan versə sərəncam,

Ordumuz düşmənin başını əzər.

Erməni sarsılıb dəlilərsayaq,

Hayın arxasında seyrəlir dayaq,

Haqsızlıq yeriməz, tutsa da ayaq,

Haqlı haqq işiylə aləmi bəzər.

Birlik yolumuzun üstündə mayak,

Bu gün kükrəməkdə, hayqırmaqda xalq,

Başımız üstündə üçrəngli bayraq,

Qarabağ bir yanda, bir yanda Xəzər.

Ancaq xeyirxah kəs görər yaxşı iş,

İşğalçı işğala edibdi vərdiş,

Bizim xeyrimizə çevrilib gərdiş,

Tezliklə dəf olar, Valeh, bədnəzər.