Cəbhədə baş verənlər AŞPA-nın gündəliyində

11 Aprel 2016 17:16 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəbhə xəttində baş verən son hadisələr aprelin 18-22-də AŞPA-nın Strasburqda baş tutacaq yaz sessiyasının gündəliyinə daxil ediləcək. SİA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, "Dağlıq Qarabağ münaqişəsinin son və faciəli artması" adlı mövzunun müzakirələrinin aprelin 18-də aparılması nəzərdə tutulub.

Bundan başqa Avropada miqrant, Suriyadakı hadisələrlə əlaqədar qaçqın böhranı məsələsi də iclasın gündəliyində olacaq.

Qeyd edək ki, son gündəlik sessiyasının açılış günündə müəyyən ediləcək.