Gəncədə ev yandı

11 Aprel 2016 13:49 (UTC+04:00)

Gəncədə yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.