Şarliz Teron "Ən yaxşı aktrisa" oldu

11 Aprel 2016 11:47 (UTC+04:00)

Kaliforniyada MTV telekanalının hər il təşkil etdiyi "MTV Movie Awards" kino mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Ən yaxşı aktrisa" nominasiyası üzrə aktrisa Alisiya Vikender, Anna Kendrik, Deyzi Ridli, Cennifer Lourens, Şarliz Teron və Morena Bakkarin yarışıblar.

Mükafata "Dəli Maks: Qəzəbin yolu" filmində yaratdığı obraza görə, aktrisa Şarliz Teron layiq görülüb.

Rayan Reynolds "Dedpul" filmi ilə "Ən yaxşı komik obraz", Deyzi Ridli isə "Ulduz savaşları: Gücün oyanışı" ekran əsəri ilə "İlin çıxışı" mükafatlarını əldə edib.

Qeyd edək ki, bu il 25-ci dəfə keçirilən "MTV Movie Awards" film mükafatının qalibləri telekanalın saytında keçirilən səsvermə yolu ilə seçilir.

Kubra Bayramova