Azərbaycanlı referilər beynəlxalq dərəcəli hakim oldular

11 Aprel 2016 10:02 (UTC+04:00)

İtaliyanın Linyano şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Ölkəmizi İtaliyada Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komətisinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov, hakimlərimiz Mətin Rəhimli və Arzu Acalova təmsil ediblər. Hakimlərimiz öncə nəzəri imtahan veriblər, sonra isə Linyanoda keçirilən gənclərin Avropa birinciliyinin görüşlərini idarə ediblər. Sevindirici haldır ki, Azərbaycanın ədalət təmsilçiləri Arzu Acalova və Mətin Rəhimli beynəlxalq dərəcəli hakim adına layiq görülüblər.