Yollarda sıxlıq var

11 Aprel 2016 09:33 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə edilir. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininin məlumatına istinadən verdiyi xəbərə görə, hazırda Ziya Bünyadov prospektində (hər iki istiqamətdə), Afiyəddin Cəlilov küçəsində və Xətai prospektində (mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq yaranıb.