İstanbulda güclü yanğın 4 avtobus yandı

11 Aprel 2016 09:25 (UTC+04:00)

İstanbulun Bayrampaşa bölgəsindəki avtobus parklarından birində yanğın baş verib. Türkiyə mətbuatı xəbər verir ki, naməlum səbəbdən avtobusların biri yanmağa başlayıb. Qısa zamanda yanğın daha üç avtobusa keçib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.