Lavrov və Kerri atəşkəs razılaşmasını alqışlayıblar

11 Aprel 2016 07:56 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağda atəşin dayandırılması barədə razılaşmanı alqışlayıblar. Həmçinin atəşin dayandırılmasının regionda situasiyanın normallaşmasına şərait yaradacağını vurğulayıblar.