Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə bazar günü Ermənistan tərəfinə 18 hərbçinin meyitini verib. Faktı Qarabağ separatçılarının sözçüsü də "İnterfaks" agentliyinə açıqlamasında təsdiqləyib.
Xəbər verildiyi kimi, 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınaa görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Bu gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.