Xəzərdə zəlzələ olub

10 Aprel 2016 12:48 (UTC+04:00)

Bu gün səhər saat 09:47 radələrində Xəzər dənizində zəlzələ baş verib. SIA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 3 maqnitudalı zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.