Hindistanda məbəd yandı 77 ölü, 200 yaralı

10 Aprel 2016 10:57 (UTC+04:00)

Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib. Yanğın nəticəsində 77 zəvvar ölüb, 200 nəfər yaralanıb.

İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.