Çoxmərtəbəli binada yanğın olub

10 Aprel 2016 11:12 (UTC+04:00)

Gecə Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. SIA- nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 4 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.