Növbəti görüş Tehranda olacaq

10 Aprel 2016 10:26 (UTC+04:00)

Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Bakıda keçirilən görüş səmərəli oldu. Tərəflər dənizin hüquqi statusunun tam müəyyənləşməsinə qədər görüşləri davam etdirmək qərarına gəldilər.

Bu sözləri İranın xarici işlər nazirinin müavini İbrahim Rəmipur yerli mətbuata açıqlamaslnda deyib. Onun sözlərinə görə bütün tərəflər Xəzərin sülh və əməkdaşlıq dənizi olmasını istəyir və bu istiqamətdə addımlar atırlar.

İ.Rəhmipur nəzərə çatdırıb ki, növbəti görüş cari ilin iyun ayında Tehranda keçiriləcək. Bu görüşdə dənizin hüquqi statusu ilə yanaşı gəmiçilik, balıqçılıq, yüklərin dəniz vasitəsilə tranzit daşınması və digər məsələlər də müzakirə ediləcək.

Xatırladaq ki, aprelin 5-də Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Bakıda görüşü keçirilmişdi. Görüşdə Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.AZƏRTAC