Şəhid əsgər Cəlilabadda dəfn olunub FOTOLAR

9 Aprel 2016 17:25 (UTC+04:00)

Erməni işğalçıları ilə döyüşdə şəhid olmuş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Röyal İmran oğlu Nəsirov bu gün doğulduğu Cəlilabad rayonun Məlikqasımlı kəndində dəfn olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, şəhid əsgərin dəfn mərasimində doğmaları ilə yanaşı, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Şəhidin nəşii yaylım atəşindən sonra torpağa tapşırılıb.

Sərraf Mirsəfəroğlu