Bir qrup gənc Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib SƏS TV

9 Aprel 2016 13:45 (UTC+04:00)

Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında toplaşaraq etiraz aksiyası keçirib. SİA-nın məlumatına görə, aksiyada gənclər Əli Kərimlinin sosial şəbəkədə qeyd etdiyi anti-Azərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər.

Gənclər əllərində "Müharibədə olmayan müharibə təbliğatçısı", "Şəhid qanından istifadə edən şərəfsiz", "Vətən satqınlarına Azərbaycanda yer yoxdur", "Əli Kərimliyə ar olsun", "Milli satqın", "Erməni nokəri" şüarlar yazılmış plakatlar qaldırıblar.

Aksiya zamanı Əli Kərimli və ailə üzvləri evdə olub.