Erməni təmsilçisi "Eurovision" konsertindən imtina etdi

9 Aprel 2016 12:32 (UTC+04:00)

Amsterdamda "Melkweg" arenasında "Eurovision 2016" təmsilçilərinin iştirak edəcəyi konsert baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, "Eurovision in consert" adlanan gecəyə müsabiqənin 27 iştirakçısı qatılacaq. Tədbirin aparıcıları Hollandiyanın "Eurovision" şərhçisi Cornald Maas və İslandiyanı 2010-cu ildə müsabiqədə təmsil edən Hera Björk olacaq.

Ermənistan təmsilçisi İveta Mukuchyan konsertdə qatılmaqdan imtina edib. O, ermənilərin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginliyə görə səhnəyə çıxmaq istəmədiyini bildirib.

Qeyd edək ki, "Eurovision 2016" İsveçin paytaxtı Stokholmda baş tutacaq. Mayın 10-dan 14-nə kimi keçiriləcək müsabiqədə ölkəmizi Səmra Rəhimli "Miracle" mahnısı ilə təmsil edəcək.