Erməni hərbi qulluqçularına məxsus sənədlər ələ keçirilib FOTOLAR

9 Aprel 2016 11:25 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin əks-həmlələri nəticəsində çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.